Nokia 6030

Page 78
background image
78
Copyright © 2006 Nokia. All rights reserved.
  Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və göstərişlərə riayət 
edin. Potensial partlayıcı atmosferi olan ərazı adətən avtomobilinizin mühərrikinin söndürülməsi tövsiyyə 
edilər ərazıni əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya və ya yanğına səbəb olur və bədən 
xəsarəti və ya hətta ölümlə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq 
stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda 
və ya partlayış əməliyyatları keçirilən ərazılərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi 
olan ərazilər həmişə olmasada çox vaxt aşkar qeyd edilirlər. Bu qeydlər gəmilərdə aşağı göyərtədə, kimyəvi 
preparatları daşıyan və saxlayan avadanlığda, sıyıqlaşdırılmış neft qazını (propan və butan kimi) istifadə 
edən avtomobillərdə və havasında kimyəvi preparatlar və dənəcik, toz və ya metal toz kimi hissəciklər olan 
ərazilərdə göstərilir.
  Təcili yardım zəngləri
Zəruri məlumat:
Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri 
şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Bununla bağlı 
olaraq hər bir şəraitdə əlaqələrə zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr 
üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.
  Müəyyən şəbəkələr qüvvədə olan SİM kartın cihaza düzgün salınmasını tələb edə bilər.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər   basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq 
fərqlənir.
4.   Düyməni basın.
Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən əvvəl həmin elementlərin söndürülməsi tələb 
oluna bilər. Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət provayderinizə müraciət edin.