Nokia 6030

Page 76
background image
76
Copyright © 2006 Nokia. All rights reserved.
TƏHLÜKƏSİZLİKLƏ BAĞLI ƏLAVƏ MƏLUMAT
Sizin cihazda və aksesuarlarda xırda hissələr ola bilər. Onları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.
  İş mühiti
İstənilən ərazıdə qüvvədə olan xüsusi qaydalara riayət edin və cihazın istifadəsi qadağan edildiyi yerlərdə 
və ya istifadə maneçilik və ya təhlükə yarada biləcəyi hallrda cihazı söndürün. Cihazı yalniz normal iş 
vəziyyətində istifadə edin. Bu cihaz normal istifadə vəziyyətində qulağın yanında və ya bədəndən ən 
azı 2.2 sm aralıda istifadə edildikdə RF şüalanma qaydalarının tələblərinə cavab verir. Bədən üzərində 
daşınmaq üçün diplomat, kəmər sıxacı və tutacaq istifadə edilirsə bu əşyalarda metal olmamalı və cihaz 
bədəndən yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir. Məlumat fayllarını və ya mesajları göndərmək 
üçün bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə 
faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, 
yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal materiallar cihaza yapışa bilər və qulaq aparatı daşıyan şəxslər cihazı 
qulaqlarına yaxınlaşdırmamalıdırlar. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın yanında 
qoymayın, çünki onlarda olan məlumat silinə bilər.
  Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb 
cihazlarının funksionalığına təsir edə bilər. Tibb cihazlarının lazımi qaydada RF enerjisindən qorunduğunu 
müəyyən etmək və istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına müraciət edin. Tibb 
müəssisələrində tələb olunduqda telefonu söndürün. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə 
həssas olan avadanlığı istifadə edə bilər.
Kardiostimulyator
Kardiostimulyatorların istehsalçıları tövsiyyə edir ki, kardiostimulyatora potensial müdaxiləni istisna 
etmək üçün simsiz telefonla kardiostimulyator arasında ən azı 15.3 sm (6 in) məsafə saxlanılmalıdır. Bu