Nokia 6030

Page 67
background image
67
Copyright © 2006 Nokia. All rights reserved.
Həmçinin bax 
Sertifikatlar
Üç növ sertifikatlar mövcuddur: server sertifikatları, səlahiyyət sertifikatları, və istifadəçi 
sertifikatları.
•  Məzmun serveri ilə təkmilləşdirilmiş təhlükəsizlik elementləri ilə əlaqə qurmaq üçün telefon 
server sertifikatından istifadə edir. Telefon server sertifikatını əlaqə qurulmamışdan əvvəl 
xidmət provayderindən alır bə onun həqiqiliyi telefonda mühafizə edilən səlahiyyət sertifikatı 
ilə yoxlanılır. Server sertifikatları yaddaşda mühafizə edilmir.
  Telefonla məzmun serveri arasında məlumatın ötürülməsi şifrələnmişdirsə əlaqə zamanı 
təhlükəsizlik indikatoru ekranda göstərilir. 
Təhlükəsizlik işarəsi şəbəkə ilə məzmun serveri (və ya tələb olunan mənbənin saxlanıldığı 
yer) arasında məlumatın ötürüməsinin təhlükəsiz olduğunu göstərmir. Şəbəkə ilə məzmun 
serveri arasında məlumatın ötürülməsinin təhlükəsizliyi xidmət provayderi tərəfindən təmin 
edilir.
•  Səlahiyyət sertifikatları müəyyən xidmətlər, misal üçün bank xidmətləri tərəfindən digər 
sertifikatların həqiqiliyinin yoxlanılması üçün istifadə edilir. Səlahiyyət sertifikatları xidmət 
provayderi tərəfindən təhlükəsizlik modulunda mühafizə edilə bilər və ya şəbəkədən yüklənə 
bilər, bir şərtlə ki, xidmət səlahyyət sertifikatlarının istifadəsini dəstəkləsin.
•  İstifadəçi sertifikatları rəsmi icazə verən orqan tərəfindən istifadəçilərə verilir. İstifadəçi 
sertifikatları, misal üçün, rəqəmli imzaların yaradılması üçün tələb olunur və onlar istifadəçini 
xüsusi fərdi qaydada daxil edılən təhlükəsizlik modulu ilə tutaşdırır.