Nokia 6030

Page 70
background image
70
Copyright © 2006 Nokia. All rights reserved.
6. Batareya haqqında məlumat
 Batareyanın doldurulması bə boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yeni batareyanın tam iş keyfiyyətləri batareyanın 
iki və ya üç tam doldurulma və boşaldılma dövründən sonra icra edilir. Batareya yüzlərlə dəfə doldurula 
və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal 
vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və 
batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş 
batareya dolduran qurğuları istifadə edin.
Batareyanı dolduran qurğu istifadə edilmədikdə elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş 
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun 
istehlak müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng 
edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər. 
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya və ya batareyanı 
dolduran qurğu istifadə etməyin.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi 
metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. 
(Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir). Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və 
ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan 
əşyaya zərər verə bilər.
Batareyanı yayda və ya qışda bağlı avtomobildə kimi isti və soyuq yerdə saxlanılması batareyanın 
keyfiyyətinə və istehlak müddətinə təsir edir. Həmişə batareyanı 15°C və 25°C (59°F and 77°F) arasında 
olan hərarət dərəcəsində saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə 
müvəqqəti işləyə bilmir.