Nokia C2-00

Page 13
background image
Giriş kodları
Menyu
 > 
Parametrlər
 > 
Təhlükə/-sizlik
 > 
Giriş kodları
 seçin.
PIN və ya PIN2 kodu
(4-8 rəqəm)
Bu SIM kartınızı icazəsiz istifadədən qoruyur və ya müəyyən
funksiyalara daxil olmaq üçün tələb olunur.
Əgər kartla təmin olunmayıbsa və ya kodları unutmusunuzsa,
xidmət təminatçınızla əlaqə saxlayın.
Telefonunuzu açdığınız zaman PIN kodun yığılmasını tələb
edilməsini qura bilərsiniz.
Əgər kodu ardıcıl olaraq üç dəfə yanlış daxil etsəniz, PUK və
ya PUK2 kodu ilə kodun kilidini açmanız tələb olunacaq.
SIM kartınızın təhlükəsizlik modulundakı məlumata daxil olmaq
üçün modul PIN kodu tələb olunur. Rəqəmsal imza üçün PIN
imzası tələb oluna bilər.
Təhlükəsizlik kodu
(5-10 rəqəm)
Bu sizin telefonunuzu icazəsiz istifadədən qoruyur.
Telefonunuzun müəyyənləşdirdiyiniz təhlükəsizlik kodunu
istəməsini təyin edə bilərsiniz. Standart təhlükəsizlik kodu
12345-dir.
Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə saxlayın.
Kodunuzu yadınızdan çıxartsanız və telefonunuz kilidlənsə,
ona xidmət göstərmək lazım olacaq. Əlavə tariflər tətbiq oluna
bilər və telefonunuzdakı bütün şəxsi məlumatınız silinə bilər.
Ətraflı məlumat üçün Nokia Care nöqtəsinə yaxud
telefonunuzun dilerinə müraciət edin.
Qadağa parolu
(4 rəqəm)
Bu zəng qadağası xidmətləri üçün tələb olunur.
Daha geniş məlumat almaq üçün Sizə xidmət göstərən
müəssisə ilə əlaqə saxlayın.
Hansı SIM kartdan istifadə etməyi seçin
Siz çıxan zənglər və ya mesajlar üçün hansı SIM kartdan istifadə etməyi seçə bilərsiniz.
SIM kartlarınızı adlandırsanız, baxdıqda, məsələn, hansının iş və hansının şəxsi
istifadə üçün olduğunu fərqləndirə bilərsiniz.
Menyu
 > 
Parametrlər
 > 
SIM meneceri
 seçin.
Əsas istifadə
13