Nokia C2-00

Page 37
background image
İş mühiti
Bu cihaz radio tezliyinə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5
santimetrdən (5/8 düym) bədəndən uzaq olduqda cavab verir. Üstünüzdə gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya
tutqacda metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı
yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.
Avtomobillər
Radio siqnalları elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici
sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan elektron
sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.
Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə quraşdırmalıdır. Yalnış quraşdırılma və ya xidmət təhlükəli ola bilər və sizin
zəmanətinizi etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini
yoxlayın. Cihaz, onun hissələri və ya aksessuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və ya partlayıcı maddələri
saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksessuarları hava
yasrığının açıldığı hissələrə yerləşdirməyin.
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə, məsələn, xidmət stansiyalarında qaz nasoslarının yanında telefonu söndürün. Belə
ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər . Yanacaq
stansiyalarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Buraya
nəqliyyat vasitənizin matorunu söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi
maddələrin ötürüldüyü və ya saxlandığı binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal
tozları kimi hissəciklər olur. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə
eilib edilməyəcəyini soruşmalısınız.
Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə
məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP müstəqil elmi təşkilat
tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan
təhlükəsizlik qaydalarından ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP
təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün
sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş
vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq
şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə
baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.
Bu cihazın qulaqda istifadəsi zamanı İCNİRP təlimatlarına əsasən ən yüksək SAR dərəcəsi 0.63 W/kg təşkil edir.
Cihaz aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan
asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumat bölməsində www.nokia.com
saytında verilə bilər.
Məhsul və təhlükəsizlik üzrə məlumat
37