Nokia C2-00

Page 36
background image
Əlavə təhlükəsizlik məlumatı
Təcili yardım zənginin edilməsi
1
Cihazın işlək vəziyyətdə olmasını təmin edin.
2
Müvafiq siqnal intensivliyini yoxlayın. Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
SIM kart daxil edin.
Cihazınız üçün aktivləşdirdiyiniz zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi
qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
Uçuş profilinin aktiv olmadığından əmin olun.
3
Əsas ekranı görünənə kimi davamlı olaraq bitirmə düyməsini basın.
4
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
5
Zəng düyməsini basın.
6
Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə verilənədək zəngi bitirməyin.
Mühüm: Cihazınız internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin.
Cihaz həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə bağlantıya
təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz cihaza etibar etməyin.
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı
yerdə saxlayın.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb cihazlarının xarici radio tezlik enerjisindən müvafiq şəkildə mühafizə edildiyini
müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazının istehsalçısı ilə məsləhətləşin.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya
implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə
cihazları olan şəxslər bunları etməlidirlər:
Həmişə simsiz cihazları tibbi cihazdan 15.3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
Cihaz döş cibində daşımamalıdır.
Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.
Eşitmə
Xəbərdarlıq:
Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan
yerlərdə qulaqlıqları istifadə etməyin.
Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.
36
Məhsul və təhlükəsizlik üzrə məlumat