Nokia C2-00

Page 38
background image
Müəllif hüquqları və digər bildirişlər
UYĞUNLUQ BƏYANNAMƏSİ
Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-704 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və digər müvafiq
göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini http://www.nokia.com/phones/declaration_of_conformity/
İnternet saytında əldə etmək olar.
© 2011 Nokia. Bütün hüquqlar qorunur
Nokia, Nokia Connecting People və Navi Nokia Corporation əmtəə nişanları və ya qeydiyyata alınmış əmtəə nişanlarıdır.
Nokia tune Nokia Corporation-nın səs nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların
müvafiq sahiblərinin əmtəə adları və ya əmtəə nişanları ola bilər.
Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir
qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir. Nokia daimi inkişaf
siyasətini tətbiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya
təkmilləşdirmək hüququna malikdir.
Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.
Java is a trademark of Sun Microsystems, Inc.
Bu məhsul MPEG-4 Vizual Patent Portfel Lisenziyası əsasında (i) MPEG-4 Vizual Standarta əsasən şifrələnmiş məlumatın
şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticari xarakterli istifadəsi və (ii) lisenziyalı
video provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videodan istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün
lisenziya verilmir və ya tətbiq edilmir. Təbliğat, daxili və kommersiya məqsədli istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-
dən əldə edilə bilər. http://www.mpegla.com saytına baxın.
Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Nokia, ya da ona lisenziya verən hər-hansı məlumatın və ya gəlirin
itməsi və ya hər-hansı xüsusi, təsadüfi, əhəmiyyətli, və ya dolayı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.
Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı
və ya mətninə dair heç bir birbaşa və ya dolayı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti
və xüsusi məqsədlər üçün yararlığına dair dolayı zəmanət verilmir. Nokia istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu
sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.
Bəzi məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Ətraflı məlumat almaq üçün
Nokia dileri və ya xidmət provayderiniz ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına
tabe olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.
Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı dəstəyi ilə bağlı
heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın olduğu kimi təqdim edildiyini
qəbul edirsiniz. Nokia cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramların işləməsi, məzmunu və ya son istehlakçı
dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır.
38
Müəllif hüquqları və digər bildirişlər