Nokia C2-00

Page 35
background image
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə
etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.
Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə, lisenziyaların və tərkibin nüsxəsini çıxarmaq üçün Nokia Ovi Suite
proqramının nüsxə çıxarma funksiyasından istifadə edin.
Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan sonra sizin OMA RHİ ilə qorunan tərkibdən istifadəni
davam edə bilməniz üçün tərkiblə bərpa ediləsi lisenziyaları köçürməsin. Siz həmçinin cihazınızdakı faylların pozulduğu
təqdirdə lisenziyaları bərpa etməli ola bilərsiniz.
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və tərkib itiriləcək. Siz
həmçinin cihazınızdakı faylların pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya
tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat
almaq üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.
Bəzi lisenziyalar xüsusi SIM karta qoşulu ola bilər və yalnız SIM kart cihaza daxil edilərsə qorunan tərkibə daxil olmaq olar.
Batareyalar və adapterlər
Batareya və adapter barədə məlumat
Cihazınızın BL-5C təkrar doldurulan batareya ilə istifadə olunması nəzərdə tutulub. Nokia bu cihaza uyğun əlavə batareya
modelləri düzəldə bilər. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.
Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-3. Nokia adapterinin modelinin dəqiq nömrəsi E, X, AR, U, A,
C, K və ya B ilə təyin olunan ştepselin növündən asılı olaraq müxtəlif ola bilər.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin
vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin.
Batareya təhlükəsizliyi
Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın. Adapteri və ya aksessuarı ayırarkən,
şnurdan deyil, ştepseldən tutub çəkin.
Adapteriniz istifadə edilmədikdə, onu elektrik rozetkasından və cihazdan ayırın. Batareyanın normadan artıq doldurulması
onun istehlak müddətini qısaltdığından, tam doldurulmuş batareyanı adapterə qoşulu saxlamayın. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlayın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və
ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.
Təsadüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda, məsələn, tək batareyanı
cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa qapanma batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün
olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya deşməyin. Batareya sızması olarsa, batareya mayesinin
dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su ilə yuyun və ya tibbi
yardım üçün müraciət edin.
Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar
zədələnərsə, partlayışa səbəb ola bilər.
Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnış istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun
olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız
edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə apararaq
yoxladın. Heç vaxt zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. Adapderi yalnız qapalı məkanda istifadə edin.
Məhsul və təhlükəsizlik üzrə məlumat
35