Nokia C2-00

Page 34
background image
Məhsul və təhlükəsizlik üzrə məlumat
Şəbəkə xidmətləri və qiymətlər
Cihazınızın EGSM 900 və 1800 MHz şəbəkələri istifadəsi təsdiq edilmişdir.
Cihazdan istifadə üçün xidmət provayderinə abunə olmalısınız.
Şəbəkə xidmətlərindən istifadə və cihazınıza məzmun yüklənməsi şəbəkə bağlantısı tələb edir və məlumat trafiki qiymətlərinə
təsir edə bilər. Məhsulun bəzi funksiyaları şəbəkə dəstəyi tələb edir və abunə olmağınız lazım ola bilər.
Cihazınızı qoruyun
Cihazınızla, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində eletron sxemlərin korroziyasına səbəb
olan minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və cihazın tam qurumasını təmin edin.
Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya saxlamayın. Ayrıla bilən hissələr və elektron komponentlər
zədələnə bilər.
Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihazın istehlak müddətini qısalda, batareyanı zədələyə
və plastik hissələri əyə və ya əridə bilər.
Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər
və bunun nəticəsində elektron sxemlər zədələnə bilər.
Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına
səbəb ola bilər.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili sxem platasını və mexanika elementlərini
qıra bilər.
Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında
və ya kompüterdə və ya vacib məlumatı yazın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın.
Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Nokia
məhsulunuzu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı www.nokia.com/recycling ünvanlarından əldə edə bilərsiniz. .
Rəqəmli hüquqların idarəsi haqqında
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin
şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi şəkillərin, musiqi və digər məzmunlu
funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar
idarəsinin (RHİ) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq üçün
RHİ proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla OMA DRM 1.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər
hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan
tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHİ proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHİ
tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan
digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.
34
Məhsul və təhlükəsizlik üzrə məlumat