Nokia C2-00

Page 15
background image
2
Menyu
 > 
Parametrlər
 > 
Sinx. və rezerv nüs.
 seçin.
3
Telefon dəyişdirici
 > 
Buraya sur. çıx.
 seçin.
4 Nüsxələnəcək məzmunu və 
Bitti
 seçin.
5 Əvvəlki telefonuzu siyahıdan seçin.
6 Əgər digər telefon keçid kodunu tələb edirsə, onu daxil edin. Özünüz təyin edə
biləcəyiniz keçid kodu hər iki telefonda daxil olunmalıdır. Bəzi telefonda keçid kodu
sabitdir. Ətraflı məlumat üçün digər telefonun istifadəçi təlimatına baxın.
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.
7 Lazım olarsa, qoşulma və nüsxələmə sorğularına icazə verin.
Telefonunuzdan SIM kartsız istifadə etmək
Sizin uşaqlarınız telefonunuzla oynamaq istəyir, lakin siz onların təsadüfən zəng
etməsini istəmirsiniz? Telefonunuzun oyunlar və təqvim kimi bəzi xüsusiyyətlərindən
SIM kartı daxil etmədən istifadə etmək olar. Menyuda sönük görünən bəzi funksiyalar
istifadə edilə bilməz.
Zənglər
Zəng etmək
1 İş masasında telefon nömrəsini daxil edin.
Nömrəni silmək üçün 
Sil
 seçin.
Beynəlxalq zənglər üçün + simvolus (beynəlxalq giriş kodunu əvəz edir) üçün iki
dəfə * seçin və ölkə kodunu, ərazi kodunu (lazım olduqu halda önündə 0 olmadan)
və telefon nömrəsini daxil edin.
2 Zəng düyməsini basın.
3 Dəvət edildikdə, istifadə ediləcək SIM kartı seçin.
4 Zəngi bitirmək üçün tamamlama düyməsini basın.
Zəng qəbul etdiyinizsə, istifadədə olan SIM kart göstərilir.
Buraxılmış zənglərə baxmaq
Buraxılmış zəngin kimin etdiyini görmək istəyirsiniz?
İş masasında 
Göstər
 seçin. Zəngedənin adı kontakt siyahısında saxlanılıbsa, o
ekranda göstərilir.
Buraxılmış və qəbul olunmuş zənglər yalnız şəbəkə tərəfindən dəstəkləndiyi və telefon
işə salınmış və şəbəkə xidmətinin əhatə dairəsində olduğu halda qeydə alınır.
Kontakta yaxud nömrəyə təkrar zəng
Kontaktı və ya nömrəni seçin və zəng düyməsini basın.
Zənglər
15