Nokia Asha 200

Page 12
background image
Telefonunuzu yenidən başlatmaq. Telefonu söndürün və batareyanı çıxardın.
Təxminən bir dəqiqədən sonra batareyanı yenidən daxil edib telefonu yandırın.
Telefonunuzun proqram təminatını yeniləyin
İstehsalçının parametrlərini bərpa edin
Əgər məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün əlaqə saxlayın.
www.nokia.com/repair veb-saytına keçin. Telefonunuzu təmirə göndərməzdən əvvəl
həmişə telefonunuzdakı məlumatların nüsxəsini çıxarın, çünki telefonunuzdakı bütün
şəxsi məlumatlar silinə bilər.
Giriş kodları
Təhlükəsizlik kodu sizin telefonunuzu icazəsiz istifadədən mühafizə etməkdə kömək
edir. Siz kodu yarada və dəyişdirə habelə telefonu kodu tələbetməsi üçün qura
bilərsiniz. Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə saxlayın. Kodunuzu
yadınızdan çıxartsanız və telefonunuz kilidlənsə, ona xidmət göstərmək lazım olacaq.
Əlavə tariflər tətbiq oluna bilər və telefonunuzdakı bütün şəxsi məlumatınız silinə bilər.
Ətraflı məlumat üçün Nokia Care nöqtəsinə yaxud telefonunuzun dilerinə müraciət
edin.
SIM kartla birgə verilən PIN kod kartı icazəsiz istifadədən qoruyur. Bəzi SIM kartlarla
birgə verilən PIN 2 kodu müəyyən xidmətlərə daxil olmaq üçün tələb olunur. Əgər PIN
və ya PIN2 kodunu ardıcıl olaraq üç dəfə yanlış daxil etsəniz sizdən PUK və ya PUK2
kodu tələb olunacaq. Əgər bu kodları bilmirsinizsə, xidmət təminatçınızla əlaqə
saxlayın.
SİM kartınızın təhlükəsizlik modulunda yerləşən məlumata giriş əldə etmək üçün modul
PİN tələb olunur. Rəqəmsal imza üçün PIN imzası tələb oluna bilər. Zəngi qadağan
etmə xidmətindən istifadə edərkən qadağan etmə parolu tələb olunur.
Telefonunuzun giriş kodlarından və təhlükəsizlik parametrlərindən istifadəsini
nizamlamaq üçün 
Menyu
 > 
Parametrlər
 > 
Təhlükə/-sizlik
 seçin.
İstifadə ediləcək SIM kartı seçin
Çıxan zənglər və mesajlar üçün istifadə ediləcək SIM kartı seçə bilərsiniz. SİM
kartlarına ad versəniz siz, misal üçün, hansının iş və ya şəxsi nömrə olduğunu dərhal
görə bilərsiniz.
SIM meneceri düyməsini basın.
Seçin 
SIM1
 yaxud 
SIM2
.
SIM kartın seçilməsinə əvvəlcədən dəvət edilmək üçün, məsələn, zəng etmək və ya
mətn mesajı göndərmək üçün 
Hər dəfə soruş
 seçin.
12
Əsas istifadə