Nokia Asha 200

Page 37
background image
Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında
və ya kompüterdə və ya vacib məlumatı yazın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın.
Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Nokia
məhsulunuzu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı www.nokia.com/recycling ünvanlarından əldə edə bilərsiniz. .
Rəqəmli hüquqların idarəsi haqqında
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin
şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi şəkillərin, musiqi və digər məzmunlu
funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar
idarəsinin (RHİ) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq üçün
RHİ proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla WMDRM 10 və OMA DRM 1.0 ilə qorunan tərkibə daxil ola
bilərsiniz. Əgər hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHİ proqramının yeni RHİ
tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHİ proqramının ləğv edilməsi artıq sizin
cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ proqramının ləğvi RHİ başqa növləri
tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə
etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və tərkib itiriləcək. Siz
həmçinin cihazınızdakı fayllar pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya tərkibin
itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat almaq
üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.
Batareyalar və adapterlər
Batareya və adapter barədə məlumat
Cihazınızın BL-5J təkrar doldurulan batareya ilə istifadə olunması nəzərdə tutulub. Nokia bu cihaza uyğun əlavə batareya
modelləri düzəldə bilər. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.
Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-11. Nokia adapterinin modelinin dəqiq nömrəsi E, X, AR, U, A,
C, K və ya B ilə təyin olunan ştepselin növündən asılı olaraq müxtəlif ola bilər.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin
vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin.
Batareya təhlükəsizliyi
Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın. Adapteri və ya aksessuarı ayırarkən,
şnurdan deyil, ştepseldən tutub çəkin.
Adapteriniz istifadə edilmədikdə, onu elektrik rozetkasından və cihazdan ayırın. Batareyanın normadan artıq doldurulması
onun istehlak müddətini qısaltdığından, tam doldurulmuş batareyanı adapterə qoşulu saxlamayın. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlayın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və
ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.
Təsadüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda, məsələn, tək batareyanı
cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa qapanma batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.
Məhsul və təhlükəsizlik üzrə məlumat
37