Nokia Asha 200

Page 9
background image
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun görünməsi
və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareya uzun müddət istifadə edilmədikdə, onu doldurmağa başlamaq üçün adapteri
cihaza taxmaq, sonra ayırmaq və təkrar taxmaq lazım gələ bilər.
Telefonu yandır və ya söndür
Telefon titrəyənə kimi enerji düyməsini 
 basıb saxlayın.
Siz xidmət təminatçısından konfiqurasiya parametrlərini almaq üçün dəvət oluna
bilərsiniz. Bu şəbəkə xidməti haqqında əlavə məlumat üçün şəbəkə xidməti
təminatçınız ilə əlaqə saxlayın.
Yaddaş kartını daxil edin
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan yaddaş kartlarından
istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı
zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.
Telefonunuz 32 GB qədər yaddaş həcmi ilə yaddaş kartlarını dəstəkləyir.
1 Yaddaş kartı slotunun örtüyünü açın.
2 Yaddaş kartının kontakt tərəfinin üzü yuxarı olduğunu yoxlayın və kartı daxil edin.
Kartı yerinə oturana kimi onu içəri salın.
3 Yaddaş kartı slotunun örtüyünü bağlayın.
Cihazın işə salınması
9