Nokia Asha 200

Page 36
background image
edir. Köhnə Nokia məhsullarınızı necə yenidən istifadə etməyə və toplanma yerlərini
tapmağa dair məlumat üçün www.nokia.com/werecycle ünvanına daxil olun və ya
Nokia Care Əlaqə mərkəzinə zəng edin.
Siz qablaşdırma materiallarını və istifadəçi təlimatlarını öz yerli təkrar istifadə
qaydalarınıza uyğun olaraq təhvil verə bilərsiniz.
Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya
qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa
İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının
arasına yerləşdirməyin. Telefonunuzun ətraf mühitə təsir göstərdiyi xüsusiyyətləri
barədə əlavə məlumat əldə etmək üçün www.nokia.com/ecoprofile veb-səhifəsinə
keçin.
Məhsul və təhlükəsizlik üzrə məlumat
Şəbəkə xidmətləri və qiymətlər
Cihazınızın (E)GSM 900, 1800 MHz şəbəkələr istifadəsi təsdiq edilmişdir. Cihazdan istifadə üçün xidmət provayderinə abunə
olmalısınız.
Şəbəkə xidmətlərindən istifadə və cihazınıza məzmun yüklənməsi şəbəkə bağlantısı tələb edir və məlumat trafiki qiymətlərinə
təsir edə bilər. Məhsulun bəzi funksiyaları şəbəkə dəstəyi tələb edir və abunə olmağınız lazım ola bilər.
Cihazınızı qoruyun
Cihazınızla, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində eletron sxemlərin korroziyasına səbəb
olan minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və cihazın tam qurumasını təmin edin.
Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya saxlamayın. Ayrıla bilən hissələr və elektron komponentlər
zədələnə bilər.
Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihazın istehlak müddətini qısalda, batareyanı zədələyə
və plastik hissələri əyə və ya əridə bilər.
Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər
və bunun nəticəsində elektron sxemlər zədələnə bilər.
Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına
səbəb ola bilər.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili sxem platasını və mexanika elementlərini
qıra bilər.
Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
36
Məhsul və təhlükəsizlik üzrə məlumat