Nokia Asha 200

Page 33
background image
İctimai şəbəkə xidmətləri üçüncü tərəf xidmətləridir və Nokia tərəfindən dəstəklənmir.
Böyük insan qrupları ilə məlumat paylaşa biləcəyinizdən, istifadə etdiyiniz ictimai
şəbəkə xidmətinin məxfilik parametrlərini yoxlayın. İctimai şəbəkə xidmətinin istifadə
şərtləri həmin xidmətdə məlumat paylaşılmasına tətbiq olunur. Həmin xidmətin istifadə
şərtləri və məxfilik siyasətləri ilə tanış olun.
Cihazın idarə edilməsi
Cihazınızdan istifadə edərək cihazınızın proqram təminatını yeniləmək
Cihazınızın göstəricilərini yaxşılaşdırmaq, proqram yeniləmələrini və yeni əla
xüsusiyyətləri əldə etmək istəyirsiniz? Cihazınızdan maksimumu almaq üçün proqram
təminatını mütəmadi olaraq yeniləyin. Siz cihazınızı həmçinin yeniləmələri avtomatik
yoxlanılması üçün qura bilərsiniz.
Xəbərdarlıq:
Əgər Siz yeniləşdirmə proqramını yükləsəniz, yükləmə prosesi bitənə qədər və cihaz
yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz və hətta təcili yardım
zənglərini də etmək mümkün olmayacaq.
Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə
biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
Siz proqramınızı yalnız daxili SIM kart saxlayıcısında olan SIM kartdan istifadə etdikdə
yeniləyə bilərsiniz.
Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu
olduğuna əmin olun.
Menyu
 > 
Parametrlər
 seçin.
Cihazın idarə edilməsi
33