Nokia Asha 200

Page 40
background image
stansiyalarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Buraya
nəqliyyat vasitənizin matorunu söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi
maddələrin ötürüldüyü və ya saxlandığı binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal
tozları kimi hissəciklər olur. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə
eilib edilməyəcəyini soruşmalısınız.
Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə
məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP müstəqil elmi təşkilat
tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan
təhlükəsizlik qaydalarından ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP
təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün
sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş
vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq
şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə
baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.
Bu cihazın qulaqda istifadəsi zamanı İCNİRP təlimatlarına əsasən ən yüksək SAR dərəcəsi 0.89 Vt/kq təşkil edir.
Cihaz aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan
asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumat bölməsində www.nokia.com
saytında verilə bilər.
Müəllif hüquqları və digər bildirişlər
UYĞUNLUQ BƏYANNAMƏSİ
Nokia Aİ Xəbərdarlıq Orqanları arasında keçid edir və bu məhsulun Xəbərdarlıq Orqanları tərəfindən Aİ qaydalarına müvafiq
olduğu təsdiq edilmişdir. Bu istifadəçi təlimatlarında göstərilən CE nişanları bu keçid müddətində məhsulun üzərində görünə
bilər.
Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-761 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq
göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini http://www.nokia.com/global/declaration İnternet saytından əldə
etmək olar.
© 2011 Nokia. Bütün hüquqlar qorunur
Nokia, Nokia Connecting People və Navi Nokia Corporation qeydiyyata alınmış əmtəə nişanlarıdırlar. Nokia tune Nokia
Corporation-nın səs nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin
əmtəə adları və ya əmtəə nişanları ola bilər.
Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir
qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir. Nokia daimi inkişaf
40
Müəllif hüquqları və digər bildirişlər