Nokia Asha 200

Page 7
background image
Əgər sizin yalnız bir SIM kartınız varsa, kartı daxili SIM kart saxlayıcısına daxil edin.
1 Barmağınızı cihazın aşağı hissəsindəki oyuqa salın və arxa örtüyü ehtiyatla
qaldırıb çıxardın.
2 Əgər batareya daxildədirsə, onu qaldırın.
3 Kilidi açmaq üçün SIM kart saxlayıcısını sürüşdürün (1) və dırnağınızla qaldırın.
SIM kart saxlayıcısını yerinə saldıqda kontakt səthinin aşağı doğru olmasını təmin
edin (2), SIM kartı saxlaya yerləşdirin və saxlayıcını aşağı salın (3). Kilidləmək üçün
kart saxlayıcısını sürüşdürün (4).
4 Batareyanın kontaktlarını və yerini bir-birinə uyğunlaşdırıb batareyanı daxil edin.
Arxa örtüyü dəyişmək üçün üst kilid tutacaqlarını onların oyuqlarına yönəldib örtük
yerini tutana qədər üzərinə basın.
İkinci SIM kart daxil edin.
İkinci SIM kartınız var, lakin başlıca SIM kartdan istifadə etmək istəyirsiniz? Telefonu
söndürmədən ikinci SIM kartı çıxara və ya yerinə taxa bilərsiniz.
1 SIM 2 pəncərəsi kimi markalanmış xarici SIM kartın yerləşdiyi yerin 
.
2 SIM kartın kontakt tərəfin üzü yuxarı olduğunu yoxlayın və kartı daxil edin. Kartı
yerinə oturana kimi onu içəri salın.
3 Slotun qapağını bağlayın.
Cihazın işə salınması
7