Nokia Asha 200

Page 39
background image
İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.
Eşitmə
Xəbərdarlıq:
Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan
yerlərdə qulaqlıqları istifadə etməyin.
Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.
Nikel
Bu cihazın səthi nikelsizdir.
Cihazınızı zərərli tərkibdən qoruyun.
Cihazınız viruslara və digər zərərli tərkblərə məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini həyata keçirin:
Mesajları açarkən ehtiyatlı olun. Onlar zərərli proqramlar ehtiva edə bilər və ya cihazınız və ya kompüteriniz üçün zərərli
ola bilər.
Bağlantı sorğularını qəbul edərkən, interneti gözdən keçirərkən və ya tərkib yükləyərkən ehtiyatlı olun. Etibar etmədiyiniz
mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
Yalnız etibar etdiyiniz və müvafiq təhlükəsizlik və təminat təklif edən mənbələrin xidmətlərini istifadə edin və
proqramlarını quraşdırın.
Cihazınıza və qoşulan hər hansı digər kompüterə antivirus və digər təhlükəsizlik proqramını yükləyin. Eyni zamanda
yalnız bir antivirus proqramı istifadə edin. Daha çoxundan istifadə cihazın və ya kompüterin fəaliyyətinə və əməliyyatına
təsir edə bilər.
Cihazınızda üçüncü tərəf internet saytlarına əvvəlcədən qurulan əlfəcinlərə və bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini
həyata keçirin. Nokia belə saytlar üçün heç bir məsuliyyət daşımır.
İş mühiti
Bu cihaz radio tezliyinə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5 santimetr
(5/8 düym) bədəndən uzaq olduqda cavab verir. Üstünüzdə gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacda metal
tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı
yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.
Avtomobillər
Radio siqnalları elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici
sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan elektron
sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.
Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə quraşdırmalıdır. Yalnış quraşdırılma və ya xidmət təhlükəli ola bilər və sizin
zəmanətinizi etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini
yoxlayın. Cihaz, onun hissələri və ya aksessuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və ya partlayıcı maddələri
saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksessuarları hava
yasrığının açıldığı hissələrə yerləşdirməyin.
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə, məsələn, xidmət stansiyalarında qaz nasoslarının yanında telefonu söndürün. Belə
ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər . Yanacaq
Məhsul və təhlükəsizlik üzrə məlumat
39