Nokia Asha 200

Page 23
background image
Simsiz qulaqlıqla qoşulma
Zəng zamanı kompüterinizdəki işinizi davam etmək istəyirsiniz? Simsiz qulaqlıqdan
istifadə edin. Siz telefonunuzu hətta əlinizdə saxlaya bilmədiyiniz halda belə zəngə
cavab verə bilərsiniz.
1
Menyu
 > 
Parametrlər
 > 
Bağlantı
 > 
Bluetooth
 və 
Bluetooth
 > 
Yandır
 seçin.
2 Qulaqlığı işə salın.
3 Telefonunuzu və qulaqlığı cütləşdirmək üçün 
Aud. aksessuara qoş
 seçin.
4 Qulaqlığı seçin. Qulaqlıq siyahıda yoxdursa, seçin 
Yeni axtarış
.
5 Keçid kodunu daxil etməyə lazım ola bilər. Ətraflı məlumat üçün qulaqlığın
istifadəçi təlimatına baxın.
Bluetooth-dan istifadə edərək şəkli yaxud digər məzmunu digər bir cihaza göndərmək
Şəkilləri, videoları, vizitkaları və yaratdığınız digər məzmunu kompüterinizə və ya
dostunuzun uyğun telefonuna və ya cihazına göndərmək üçün Bluetooth-dan istifadə
edin.
1 Göndərmək istədiyiniz elementi seçin.
2
Seçimlər
 > 
Göndər
 > 
Bluetooth ilə
 seçin.
3 Qoşulma üçün cihazı seçin. Əgər istədiyiniz cihaz göstərilməyibsə, onu axtarmaq
üçün 
Yeni axtarış
 seçin. Əhatə dairəsində olan Bluetooth cihazları göstərilir.
4 Əgər digər cihaz keçid kodunu tələb edirsə, onu daxil edin. Özünüz təyin edə
biləcəyiniz keçid kodu hər iki cihazda daxil olunmalıdır. Bəzi cihazlarda keçid kodu
sabitdir. Ətraflı məlumat üçün cihazın istifadəçi təlimatına baxın.
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.
Mövcud seçimlər fərqlənə bilər.
Bağlantı
23