Nokia 2310

Page 17
background image
17
Copyright © 2006 Nokia. All rights reserved.
Çat
Çat
-dən (şəbəkə xidməti) istifadə edərək siz digər adamlarla danışmaq imkanını əldə edə 
bilərsiniz. Hər bir danışıq mesajı ayrıca bir mətn mesajı kimi göndərilir. Danışıq zamanı alınan 
və göndərilən mesajlar yaddaşda saxlanılmır.
Danışıq seansına başlamaq üçün 
Menyu
 > 
Mesajlar
 > 
Çat 
seçin; və ya alınmış mətn mesajını 
oxuyarkən 
Seçimlər
 > 
Çat
 seçin.
Şəkilli mesajlar
Siz şəkilli mesajları həm qəbul edə, həm də göndərə bilərsiniz (şəbəkə xidməti). Alınmış şəkilli 
mesajlar 
Gədul edilən
 saxlanılır. Hər şəkilli mesaj bir neçə mətn mesajından ibarətdir. Deməli, 
bir şəkilli mesajı göndərmək bir mətn mesajının göndərilmə qiymətindən baha ola bilər.
Qeyd: Şəkilli mesaj funksiyasından yalnız bu xidmətin şəbəkə operatorunuz, və ya xidmət 
təminatçınız tərəfindən dəstəkləndiyi halda istifadə etmək olar. Yalnız şəkilli mesaj funksiyasına 
malik cihazlar şəkilli mesajları qəbul edə və göndərə bilər. Mesajın görünüşü onu qəbul edən 
cihazdan asılı olaraq dəyişilə bilər. 
Mesajlar silinsin
Bütün oxunulmuş mesajları, və ya qovluqda olan mesajları silmək üçün 
Menyu 
Mesajlar
 > 
Mesajlar silinsin
 > 
Hamısı oxunub
 və ya istədiyiniz qovluğu seçin.
Kontaktlar
Siz adları və telefon nömrələrini telefonun yaddaşında və ya SİM kartın yaddaşında 
mühafizə edə bilərsiniz. Daxili telefon kitabçası 200-ə qədər ad yadda saxlamaq 
imkanına malikdir.