Nokia 2310

Page 7
background image
7
Copyright © 2006 Nokia. All rights reserved.
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Bu cihazın imkanlarının 
əksəriyyəti simsiz şəbəkənin imkanlarından asılıdır. Bu şəbəkə xidmətləri bütün şəbəkələrdə olmaya bilər 
və ya şəbəkə xidmətlərinin istifadəsi üçün Siz xidmət provayderinizlə müvafiq razılıq əldə etməlisiniz. 
Sizin xidmət provayderinis onların istifadəsi üşün Sizə əlavə göstərişlər və tətbiq ediləcək qiymətlər 
haqqında məlumat verə bilər. Məyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadənizə təsir edə 
biləcək məhdudiyyətlər mövcud ola bilər. Misal üçün, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən 
şəbəkələr tərəfindən təmin edilməyə bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə 
edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda görünməyəcək. Həmçinin Sizin 
cihazınız xüsusi konfiqurasiyaya malik ola bilər. Bu konfiqurasiya menyu adlarında, menyu sırasında və 
nişanlarda dəyişiklikləri əhatə edə bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizə müraciət edin.