Nokia 2310

Page 6
background image
6
Copyright © 2006 Nokia. All rights reserved.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya təmir edə bilər.
TƏKMİLLƏŞDİRMƏLƏR VƏ BATAREYALAR
Yalnız təsdiq edilmiş təkmilləşdirilmiş qurğuları və batareyaları istifadə edin. Uyğun olmayan 
məhsullara qoşulmayın.
SUYA DAVAMLILIQ
Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.
REZERV SURƏTLƏR
Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv surətlərini çıxarmağı və ya yazılı 
qeyd etməyi unutmayın.
DİGƏR XİDMƏTLƏRƏ QOŞULMAQ
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadə 
təlimatını oxuyun. Uyğun olmayan məhsullara qoşulmayın.
TƏCİLİ ZƏNGLƏR
Əmin olun ki, telefon işə salınmışdır və şəbəkədədir. Ekranı təmizləmək və başlanğıc vəziyyətə 
qayıtmaq üçün son düyməsini tələb olunan qədər basın. Təcili yardım nömrəsini daxil edin və zəng 
düyməsini basın. Öz yerinizi bildirin. İcazə verilənədək zəngi bitirməyin.
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz EGSM 900 və GSM 1800 şəbəkələrində istifadə üçün təsdiq 
edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihazın imkanlarından istifadə edərkən qanunvericiliyə riayət edin və digər şəxslərin səxsi həyat və 
qanuni hüquqlarına hörmət edin. 
Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə 
salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.