Nokia 2310

Page 24
background image
24
Copyright © 2006 Nokia. All rights reserved.
Radio
Siz qulaqcıq, ya da mikrofonla radioya qulaq asa bilərsiniz. Qulaqcığı telefona birləşdirin. 
Qulaqcığın simi radio antenna funksiyası daşıyır.
Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs dərəcəsində istifadə 
sizin eşitmə qabiliyyətinizə təsir edə bilər. Mikrofon işə salındıqda cihazı qulağınıza yaxın tutmayın, 
çünki səs dərəcəsi çox yüksək ola bilər.
Radionu yandırmaq üçün 
Menyu
 > 
Radio
 seçin. Kanalın yerləşdiyi nömrə. Radio kanalın adı 
(əyər siz kanalı mühafizə etmişsinizsə) və radio kanalın tezliyi ekranda göstrəilir. Əgər siz artıq 
radio dalğaları yaddaşa vermisinizsə, bu halda yuxarı ya aşağı fırlayaraq, və ya radio dalğanın 
yerləşdiyi nömrəyə müvafiq olan rəqəmi basaraq qulaq asmaq istədiyiniz radio dalğanı seçin.
Radio funksiyaları
Radio işləyərkən dalğa axtarışına başlamaq üçün fırlayan düymələri yuxarı, ya aşağı basıb 
saxlayın. Dalğa tapılanda axtarış dayanacaq. Dalğanı yaddaşa vermək üçün 
OK
 seçin, tezliyi 
yaddaşa vermək üçün dalğanın adını daxil edin və onun yadda saxlanması üçün yer seçin.
Radio işləyərkən onun səsini tənzimləmək üçün sola və sağa fırlayın. 
Seçimlər
 və aşağıdakılardan birini seçin: 
Radionu söndürmək üçün – 
Söndür
Görüntü 
Görüntünü göstər 
> Radionun səsinin dəyişməsini telefonda vizual surətdə görmək 
üçün – 
Qoş
. Dəyişikliklərin görüntüsünün növünü dəyişmək üçün 
Görüntünün növü
 seçin.
Kanalı yad. yaz
 – tapdığınız radio kanalını yaddaşda mühafizə etmək üçün
Dalğanı avtomatik, ya əllə axtarmaq üçün – 
Avto nizam.
 və ya 
Əllə nizamlama
Hansısa dalğanı ləğv etmək,və ya onun adını dəyişmək üçün – 
Kanalı ləğv et
 və ya 
Adını 
dəyişdir
Tezliyi təyin et
 – istənilən radio kanalı tezliyini daxil etmək üçün