Nokia 2310

Page 28
background image
28
Copyright © 2006 Nokia. All rights reserved.
5.  Batareya haqqında məlumat
Batareyanın doldurulması bə boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yeni batareyanın tam iş keyfiyyətləri batareyanın 
iki və ya üç tam doldurulma və boşaldılma dövründən sonra icra edilir. Batareya yüz dəfələrlə doldurula 
və boşaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal 
vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və 
batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş 
batareya dolduran qurğulardan istifadə edin.
Dəyişdirilmiş batareya ilk dəfə telefona qoşulursa, yaxud uzun müddət işlənilməyibsə, onu adapter vasitəsilə 
elektrik cərəyanına qoşun və sonra ayırın və yenidən enerji toplamaq üçün elektrik cərəyanına qoşun.
Batareyanı dolduran qurğu istifadə edilmədikdə elektrik cərəyahından və telefondan ayırın. Tam doldurulmuş 
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun 
istehlak müddətini azalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun görünməsi və ya zəng 
edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya və ya batareyanı 
dolduran qurğudan istifadə etməyin.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul, sıxac və ya qələm kimi 
metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. 
(Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir). Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və 
ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan 
əşyaya zərər verə bilər.
Yayda və ya qışda bağlı avtomobil kimi isti və soyuq yerdə saxlanılması batareyanın keyfiyyətinə və istehlak 
müddətinə təsir edir. Həmişə batareyanı 15°C və 25°C (59°F and 77°F) arasında olan hərarət dərəcəsində 
saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə, müvəqqəti işləyə bilmir. 
Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.