Nokia 2310

Page 34
background image
34
Copyright © 2006 Nokia. All rights reserved.
tövsiyyələr Simsiz Texnologiyalar Tədqiqatı təşkilatının müstəqil araşdırmaları və tövsiyyələri ilə uyğundur. 
Kardiostimulyator daşıyan şəxslər:
Həmişə cihazı kardiostimulyatordan 15.3 sm (6 düym) aralı saxlamalıdırlar
Cihazı döş cibində daşımayın
Müdaxilə ilə bağlı potensialı minimallaşdırmaq üçün cihazı qulağa kardiostimulyatora əks vəziyyətdə 
tutmalıdırlar.
Müdaxiləni hiss etdikdə cihazı söndürün və özünüzdən aralayın.
Qulaq aparatları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət 
provayderinizdən məsləhət alın.
Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə edilməmiş elektron yanacaq 
yeridilməsi sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri, elektron surət tənzimləyən sistemlər, hava 
kisəsi sistemləri kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya 
ona əlavə edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobildə quraşdıra bilər. 
Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin 
qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz avadanlığının düzgün 
quraşdırıldığını və işlədiyini mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı maddələri 
cihazın, onun hissələrinin və aksesuarlarının daşındığı bölmədə saxlamayın və daşımayın. Hava balışı 
ilə təchiz edilmiş avtomobillərlərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir. Hava balışının 
olduğu və ya açılacağı ərazıdə əşyaları, o cümlədən quraşdırılmış və ya daşınan avadanlığı yerləşdirməyin. 
Avtomobilin daxilində simsiz avadanlığın düzgün quraşdırılmaması və hava balıçının şışməsi ciddi xəsarətlə 
nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. 
Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini 
qıra bilər və qeyri-qanuni ola bilər.