Nokia 2310

Page 36
background image
36
Copyright © 2006 Nokia. All rights reserved.
Sertifikatlaşdırma məlumatı (SAR)
Bu mobil qurğu radiodalğaların təsiri haqda rəhbər təlimat tələblərini ödəyir. 
Sizin mobil telefon radio siqnallarının ötürücüsü və qəbuledicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən 
tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. 
Bu təlimat müstəqil elmi təşkilat (ICNIRP) tərəfindən tərtib edilib və yaşından, sağlamlığından asılı 
olmayaraq, bütün şəxslərin müdafiəsini təmin edəcək təhlükəsizlik həddini nəzərə alır. 
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi istifadə 
edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma 
ortalamaqla. XAD üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq 
edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR 
səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji 
verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə 
qədər yaxın məsafədə olmağınızdan asılıdr. Bu cihazın qulaqda istifadəsi zamanı sınaqdan keçirilərkən ən 
yüksək XAD dərəcəsi 0.64 V/kg.
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq 
tələblərindən və şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri fərqlənə bilər. SAR barədə əlavə 
məlumat mal haqda məlumatın ardınca www.nokia.com. saytında verilə bilər.