Nokia 2310

Page 32
background image
32
Copyright © 2006 Nokia. All rights reserved.
Baxım və texniki qulluq
Sizin cihaz əla dizayn və ustalıqla hazırlanmış məhsuldur və onu ehtiyatla istifadə etmək lazımdır. Aşağıdakı 
təkliflər sizə onun üst örtüyünün qorunmasında yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, rütubət və bütün növ mayelər və ya nəmliklərin tərkibində minerallar ola 
bilər. Bu minerallar elektron sxemləri körlaya bilər. Cihazınız nəm olmuşdursa, batareyanı çıxarın və onu 
təkrar yerinə qoyana qədər cihazın tam qurumasını təmin edin.
Cihazdan tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun hərəkət edən hissələri və elektron komponentləri 
zədələnə bilər.
Cihazı isti yerdə saxlamayın. Yüksək hərarət elektron cihazların istehlak müddətini qısalda, batareyanı 
zədələyə və müəyyən plastikləri əyə və ya əridə bilər.
Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal hərarətə qayıtdıqda onun içərisində rütubət əmələ gələ və 
elektron sxemləri zədələyə bilər.
Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq 
mexanika elementlərini qıra bilər.
Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan 
istifadə etməyin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əmələyyatlara mane ola bilər.
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan edilmiş antenaların, 
modifikasiyaların və ya aksessuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının 
istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
Batareyanı bağlı otaqda doldurun.
Cihazınızı xıdmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim 
qeydləri kimi) surətini çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareya doludran qurğuya 
və ya hər hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda 
yerləşən səlahiyyətli xıdmət şəbəkəsinə aparın.