Nokia 2310

Page 33
background image
33
Copyright © 2006 Nokia. All rights reserved.
Təhlükəsizliklə bağlı əlavə məlumat
Sizin cihazda və aksessuarlarda xırda hissələr ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.
İş mühiti
İstənilən ərazıdə qüvvədə olan xüsusi qaydalara riayət edin və cihazın istifadəsi qadağan edildiyi yerlərdə 
və ya istifadə maneçilik və ya təhlükə yarada biləcəyi hallarda cihazı söndürün. Cihazdan yalniz normal iş 
vəziyyətində istifadə edin. Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədəndən ən azı 
2.2 santimetr (7/8 düym) məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər göstərişlərin tələblərini 
ödəmək iqtidarındadır. Bədən üzərində daşınmaq üçün diplomat, kəmər sıxacı və tutacaq istifadə edilirsə, 
bu əşyalarda metal olmamalı və cihaz bədəndən yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir. 
Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. 
Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. 
Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan 
vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.
Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb 
cihazlarının funksionalığına təsir edə bilər. Tibb cihazlarının lazımi qaydada RF enerjisindən qorunduğunu 
müəyyən etmək və istənilən suallarla bağlı həkim və tibb cihazının istehsalçısına müraciət edin. Əgər tibbi 
avadanlıqlar yerləşən məkanda telefon aparatını söndürmək tövsiyyəsi barədə elan vurulubsa, bu tələbə 
əməl etmək lazımdır. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas olan avadanlıqdan 
istifadə edə bilər.
Kardiostimulyator
Kardiostimulyatorların istehsalçıları tövsiyyə edir ki, kardiostimulyatora potensial müdaxiləni istisna etmək 
üçün simsiz telefonla kardiostimulyator arasında ən azı 15.3 sm (6 düym) məsafə saxlanılmalıdır. Bu