Nokia 2310

Page 5
background image
5
Copyright © 2006 Nokia. All rights reserved.
Sizin təhlükəsizliyiniz üçün
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha 
ətraflı məlumar üçün istifadəçinin təlimatının təm mətnini oxuyun.
TƏHLÜKƏSİZLIKLƏ İŞƏ SALINMASI
Simsiz telefonların istifadəsi qadağan edilidiyi yerlərdə və ya bunun nəticəsində maneə və ya 
təhlükə törədilə bilərsə, telefonu işə salmayın.
İLK NÖVBƏDƏ YOL TƏHLÜKƏSİZLİYİ QAYDALARI RİAYƏT OLUNMALIDIR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. 
Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.
MANEƏ
Bütün simsiz telefonlar maneələrə həssas ola bilir və bu onların iş keyfiyyətlərinə təsir 
göstərə bilər.
XƏSTƏXANALARDA TELEFONU SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Telefonu tibb avadanlığının yanında söndürün.
TƏYYARƏDƏ TELEFONU SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Simsiz telefonlar təyyarələrdə maneələrə səbəb ola bilir.
YANACAQ DOLDURARKƏN TELEFONU SÖNDÜRÜN
Telefonu yanacaq doldurma stansiyalarında istifadə etməyin. Telefonu yanacaq və kimyəvi 
maddələrin yanında istifadə etməyin.
PARTLAYIŞ İŞLƏRİ APARILARKƏN TELEFONU İSTİFADƏ ETMƏYİN
Bütün məhdudiyyətlərə riayət edin. Partlayış prosesi zamanı telefonu istifadə etməyin.
MƏQSƏDƏ MÜVAFİQ İSTİFADƏ EDİN
Telefondan məhsulun sənədində göstərilən normal vəziyyətdə istifadə edin. Zəruri olmadıqda 
telefonun antenasına toxunmayın.