Nokia 2310

Page 8
background image
8
Copyright © 2006 Nokia. All rights reserved.
Ümumi məlumat
Giriş kodları
Təhlükəsizlik kodu sizin telefonun digər şəxslər tərəfindən istifadə edilməsinin qarşısını alır. 
Əvvəlcədən quraşdırılmış kod - 12345.
Sizin SİM kartınızda təchiz edilmiş PIN kodu SİM kartınızın icazəsiz istifadəsinin qarşısını almağa 
kömək edir. Bəzi SİM kartlarla təchiz edilmiş PİN2 kod müəyyən xidmətlərdən istifadə üçün 
lazımdır. Əgər siz PİN və ya PİN2 kodunu 3 dəfə səhv daxil etsəniz, sizdən PUK və ya PUK2 
kodu tələb olunacaq. Əgər sizdə bu kodlar yoxdursa, yerli xidmət provayderinə müraciət edin.
Menyu
 > 
Tənzimləmələr
 > 
Təhlükəs. seçimləri
 seçərək telefonunuzun giriş kodları və 
təhlükəsizlik parametrləri ilə tanış olun.
Bölünən yaddaş
Yaddaş bu cihazdakı aşağıdakı funksiyalar arasında bölünə bilər: 
Mesajlar
 və 
Bəstəkar
. Bu 
funksiyalardan birindən, ya da bir neçəsindən istifadə yaddaşı bölüşən digər funksiyalar üçün 
yaddaşın həcmini azalda bilər. Məsələn, çoxlu mətn mesajlarının yaddaşda saxlanılması bütün 
yaddaşı zəbt edə bilər. Siz yaddaşı bölüşən funksiyadan istifadə etmək istədiyiniz zaman, sizin 
cihaz sizə yaddaşın dolması haqqında mesaj göstərə bilər. Bu halda, davam etməzdən əvvəl, 
yaddaşı bölüşən funksiyalarda saxlanılan bəzi məlumatları, və ya qeydləri pozun. 
Kontaktlar
 
kimi bəzi funksiyalar başqa funksiyalarla bölüşülən yaddaşdan əlavə, onlar üçün xüsusi ayrılmış 
müəyyən yaddaş həcminə malik ola bilər. 
İnternetdə Nokia dəstəyi
Bu təlimatın son versiyası, əlavə malumat, yüklənilən programlar və sizin əldə etdiyiniz Nokia 
məhsulu ilə bağlı xidmətlərlə bağlı www.nokia.com/support t və ya Sizin yerli Nokia İnternet 
Saytını yoxlayın.