Nokia 2310

Page 35
background image
35
Copyright © 2006 Nokia. All rights reserved.
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və göstərişlərə riayət edin. 
Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin mühərriyinin söndürülməsi tövsiyyə edilən 
ərazıni əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya 
hətta ölümlə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında 
söndürün. Yanacaq depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış 
əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər 
həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Bu qeydlər gəmilərin aşağı göyərtələrində, kimyəvi 
preparatları daşıyan və saxlayan avadanlıqda, mayeləşdirilmiş neft qazını (propan və butan kimi) istifadə 
edən avtomobillərdə və havasında kimyəvi preparatlar və dənəcik, toz və ya metal toz kimi hissəciklər olan 
ərazilərdə göstərilir.
Təcili yardım zəngləri
Zəruri məlumat: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, 
daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək 
işləyir. Bununla bağlı olaraq hər bir şəraitdə əlaqələrə zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi 
əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın. 
Müəyyən şəbəkələr qüvvədə olan SİM kartın cihaza düzgün salınmasını tələb edə bilər.
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün son düyməni lazım olan qədər basın. 
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq 
fərqlənir.
Zəng düyməsini basın.
Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən əvvəl həmin elementlərin söndürülməsi tələb 
oluna bilər. Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət provayderinizə müraciət edin.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz 
cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək zəngi bitirməyin.
1.
2.
3.
4.