Nokia 6060

Page 10
background image
10
■  
Ortaq yaddaş
Telefonun iki növ yaddaşı mövcuddur. Aşağıda sadalanan funksiyalar birinci 
növ yaddaşı birgə istifadə edə bilərlər: əlaqələr, mətn mesajları, multimedia  
mesajları (qoşqusuz), qruplar, təqvim və görüləcək işlər üzrə qeydlər. İkinci 
növ ortaq yaddaş 
Gallery
, qovluğundakı fayllar tərəfindən, multimedia 
mesajlarının qoşquları, e-poçt və Java
TM 
proqramları tərəfindən istifadə 
edilir. Bu elementlərin birinin və ya daha çoxunun istifadəsi yaddaşda birgə 
istifadə edən digər elementlər üçün yaddaş həcmini azalda bilər. Məsələn, 
əgər yaddaşda bir çox Java proqramı saxlanılırsa, onlar mövcud yaddaşın 
tamamını tuta bilər. Birgə istifadə edilən yaddaşda elementini istifadə etməyə 
cəhd etdikdə sizin cihazın ekranında yaddaşın dolu olmasına dair yazı 
göstərilə bilər. Bu halda davam etmədən əvvəl birgə yaddaş istifadə edən 
elementlərdə mühafizə edilən müəyyən məlumatı və ya komponentləri silin. 
Mətn mesajları kimi bəzi funksiyaların digər funksiyalarla birgə istifadə etdiyi 
yaddaşla yanaşı müəyyən həcmdə yaddaş sırf onlar üçün ayrıla bilər. 
■  
Aksessuarlar
Aksessuar və əlavə qurğulaın istifadəsinə dair bir neçə praktiki qayda:
  
Aksesuarları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.
  
Hər hansı aksessuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştepseldən  
  yapışın.
  
Avtomobildə quraşdırılmış aksessuarların düzgün quraşdırılmasını və  
  işləməsini mütəmadi olaraq yoxlayın.
  
Mürəkkəb avtomobil aksessuarları professional personal tərəfindən  
  quraşdırılmalıdır.
 
S i z i n   t ə h l ü k ə s i z l i y i n i z   ü ç ü n