Nokia 6060

Page 98
background image
98
■  
Sertifikasiya məlumatı (XAD)
BU CİHAZ RADİO DALĞALARINA MƏRUZ QALMA İLƏ BAĞLI 
BEYNƏLXALQ RƏHBƏR PRİNCİPLƏRİN TƏLƏBLƏRİNƏ CAVAB VERİR.
Sizin mobil telefon  radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq 
qaydalar (ICNIRP) tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma 
limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu limitlər 
hərtərəfli rəhbər prinsiplərin bir hissəsidir və ümumi əhali üçün RF enerjisinin 
yol verilən limitlərini müəyyən edir. Rəhbər prinsiplər elmi araşdırmaların 
mütəmadi və hərtərəfli dəyərləndirilməsi nəticəsində müstəqil elmi təşkilatlar 
tərəfindən hazırlanmışdır. Bu rəhbər prinsiplər yaşdan və səhhətindən 
asılı olmayaraq bütün insanların təhlükəsizliyini təmin etmək üçün nəzərdə 
tutulmuş əhəmiyyətli təhlükəsizlik ehtiyat tədbirlərini əhatə edir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (XAD) 
kimi tanınan ölçü vahidi istifadə edilir. Beynəlxalq qaydalarda nəzərdə tutulan 
XAD limiti 2.0 vatt/kiloqrama (W/kg)* bərabərdir. XAD üçün testlər bütün 
sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş 
güc səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. XAD 
vahidinin ən yüksək təsdiq edilmiş güc vəziyyətində müəyyən edildiyinə 
baxmayaraq, cihazın iş rejimində həqiqi XAD-I maksimum dərəcədən aşağı 
olur. Bu onunla bağlıdır ki, cihaz yalnız şəbəkəyə çıxmağa tələb olunan 
gücü istifadə edərək çoxstrukturlu güc səviyyələrində işləmək üçün nəzərdə 
tutulmuşdur. Ümumilikdə, baza stansiyasına yaxınlaşdıqca cihaz daha az 
çıxış siqnalları verir.
Cihaz qulaqda tutulduğu vəziyyətdə ikən keçirilən sınaq zamanı müəyyən 
edilən maksimal XAD səviyyəsi 0.77 W/kg-a bərabərdir.
Milli hesabatçılıq və sınaq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq  
XAD dərəcələri fərqlənə bilər. Cihazın aksesuarlarının istifadəsi müxtəlif XAD 
dərəcələrinə səbəb ola bilər. Əlavə məlumat üçün www.nokia.com saytında 
məhsulla bağlı məlumat bölməsinə baxın.
* Geniş xalq kütləsi tərəfindən istifadə edilən mobil qurğulara aid XAD limiti  
2.0 W/kg-a bərabərdir (bədən toxumasının 10 qramına düşən həcmin orta  
hesabı. Rəhbər prinsiplərdə  əhaliyə əlavə təhlükəsizlik tədbirlərinin 
hazırlanması və ölçü vahidlərində olan dəyişikliklər haqqında hesabat vermək  
öhdəlikləri nəzərdə tutulmuşdur. Milli hesabatçılıq tələblərindən və şəbəkə 
T ə h l ü k ə s i z l i k l ə   b a ğ l ı   ə l a v ə   m ə l u m a t