Nokia 6060

Page 92
background image
92
Qoruma və texniki xidmət
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla 
qorunmalıdır. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin 
qorunmasına yardım edəcək.
•   
C
ihazı quru saxlayın. Yağıntı, rütubət və hər növ maye və nəmin tərkibində 
elektron sxemanın korroziyasına yol aça bilən mineral maddələr ola bilər. 
Əgər telefonunuz yaş olubsa, batareyanı çıxardın və onu yenidən yerinə 
salmadan əvvəl telefonun tamamən qurumasını gözləyin.
• 
 
Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrıla 
bilən hissələri və elektron komponentləri zədələnə bilər.
•   
Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların  
istehlak müddətini qısaldır, batareyaları zədələyir və müəyyən plastik 
hissələri əyir və ya əridir.
•   
Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda 
cihazın içində nəmlik yarana bilər bə bunun nəticəsində elektron sxemlərin 
plataları zədələnə bilər.
• 
Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
•   
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar 
daxili montaj platasını və dəqiq mexanika elementlərini qıra bilər.
•   
Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatları, təmizləyici 
həllediciləri və ya güclü tozları istifadə etməyin.
•   
Cihazı rəngləməyin. Rəng ayrıla bilən hissələri tıxaya bilər və müvafiq 
əmələyyatlara mane ola bilər.
•   
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenaları istifadə edin. 
Qadağan edilmiş antenaların, modifikasiyaların və ya aksesuarların 
istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini 
tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
• 
Batareyanı bağlı otaqda doldurun.
Q o r u m a   v ə   t e x n i k i   x i d m ə t