Nokia 6060

Page 8
background image
8
MƏQSƏDƏ MÜVAFIQ ISTIFADƏ EDIN
Telefonu məhsulun sənədində göstərilən normal vəziyyətdə 
istifadə edin. Zəruri olmadıqda telefonun antenasına toxunmayın.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və 
ya təmir edə bilər.
AKSESSUARLAR VƏ BATAREYALAR
Yalnız təsdiq edilmiş aksesuarlar və batareyalardan istifadə edin. 
Uyğun olmayan məhsullara qoşulmayın.
SUYA DAVAMLILIQ
Telefonunuzun suya qarşı müqaviməti yoxdur. Onu quru vəziyyətdə  
saxlayın.
REZERV SURƏTLƏR
Telefonunuzun yaddaşındakı bütün vacib məlumatların ehtiyat  
kopiyasını çıxartmağı və ya onların yazılı surətini almağı 
unutmayın.
DİGƏR CİHAZLARA QOŞULMASI
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə 
etmək üçün onun istifadəçi təlimatını oxuyun. Uyğun olmayan 
məhsullara qoşulmayın.
TƏCİLİ YARDIM ZƏNGLƏRİ
Əmin olun ki, telefon işə salınmışdır və şəbəkədədir. Ekrandakı 
yazıları pozmaq və başlanğıc ekranına qayıtmaq üçün “son” 
düyməsinə lazım olduğu qədər basın. Təcili telefon nömrəsini 
yığın sonra zəng düyməsini basın. Öz yerinizi bildirin. İcazə 
verilənədək zəngi bitirməyin.
■  
Telefonunuz haqqında məlumat
Bu instruksiyada təsvir edilən mobil telefon cihazının GSM 900/1800 
şəbəkələrində istifadə edilə biləcəyi təsdiq edilmişdir. Şəbəkə haqqında daha 
ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
S i z i n   t ə h l ü k ə s i z l i y i n i z   ü ç ü n