Nokia 6060

Page 32
background image
32
6. Mesajlar
Mesaj xidmətləri ancaq şəbəkəniz və ya xidmət provayderiniz 
tərəfindən dəstəkləndikdə istifadə edilə bilər. 
Qeyd: Mesaj göndərdikdə telefonunuzun ekranında bu yazı çıxa 
bilər: 
Message sent
. Bu sözlər təsdiq edir ki, mesaj sizin cihaza 
proqramlaşdırılmış mesaj mərkəzinin nömrəsinə göndərilmişdir. 
Bununla mesajın ünvanlandığı təyinata çatdıırlması təsdiq edilmir. 
Mesaj xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün xidmət 
provayderinizlə əlaqə saxlayın.
Zəruri məlumat: Mesajları açarkən diqqətli olun. Mesajlarda zərərli 
proqramlar və ya sizin cihaz  və ya kompüteriniz üçün zərərli olan 
digər proqramlar ola bilər. 
Ancaq lazımi funksiyalara malik olan qurğular mesajları ala və 
göstərə bilərlər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq 
fərqli ola bilər.
■  
Mətn mesajları (SMS)
Qısa mesaj xidmətlərini (SMS) istifadə edərək siz şəkilləri də ehtiva 
edən bir neçə adi mətn mesajından ibarət mesajı göndərib ala 
bilərsiniz (bu, şəbəkə xidmətidir).
Hər hansı bir mətn, şəkil və ya e-poçt mesajını göndərməzdən əvvəl 
siz öz mesaj mərkəzinizin nömrəsini yaddaşda saxlamalısınız.  
“Mesaj parametrləri,” səhifə. 44.bax.
SMS e-poçt xidmətinin istifadə edilə bilməsinin mümkünlüyünü 
yoxlamaq və xidmətin abonenti olmaq üçün xidmət provayderinizə 
müraciət edin.
M e s a j l a r