Nokia 6060

Page 97
background image
97
avtomobillərdə və havasında kimyəvi preparatlar və dənəcik, toz və ya metal 
toz kimi hissəciklər olan ərazilərdə göstərilir.
■  
Təcili yardım zəngləri
Zəruri məlumat: Mobil telefonlar (bu cihaz daxil olmaqla) işlədikləri 
zaman radio siqnallar, kabelsiz rabitə şəbəkələri, stasionar 
şəbəkələr və istifadəçi tərəfindən proqramlaşdırılan funksiyalar 
istifadə olunur. Bununla bağlı olaraq hər bir şəraitdə əlaqələrə 
zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr 
üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1.   Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini 
yoxlayın. 
   Müəyyən şəbəkələr qüvvədə olan SİM kartının cihaza düzgün 
salınmasını tələb edə bilər.
2.   Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan 
qədər başa çatdırma düyməsini basın. 
3.   Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım 
nömrələri ərazidən asılı olaraq fərqlənir.
4.  Zəng düyməsini basın.
Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən əvvəl həmin 
elementlərin söndürülməsi tələb oluna bilər. Daha ətraflı məlumat üçün bu 
təlimata və ya xidmət provayderinizə müraciət edin.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq 
verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə kommunikasıya vasitəsi 
ola bilər. İcazə verilənədək zəngi bitirməyin.
T ə h l ü k ə s i z l i k l ə   b a ğ l ı   ə l a v ə   m ə l u m a t