Nokia 6060

Page 9
background image
9
Bu cihazın funksiyalarını istifadə etdikdə bütün qanunlara riayət edin və 
başqalarına məxfilik haqqları və qanuni hüquqlarına hörmət göstərin.
Xəbərdarıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün 
imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz 
maneə və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.
■  
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız 
var. Bu cihazın imkanlarının əksəriyyəti simsiz şəbəkənin imkanlarından 
asılıdır. Bu şəbəkə xidmətləri bütün şəbəkələrdə olmaya bilər və ya şəbəkə 
xidmətlərinin istifadəsi üçün Siz xidmət provayderinizlə müvafiq razılıq 
əldə etməlisiniz. Sizin xidmət provayderiniz onların istifadəsi üçün Sizə 
əlavə göstərişlər və tətbiq ediləcək qiymətlər haqqında məlumat verə bilər. 
Məyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadənizə təsir edə biləcək 
məhdudiyyətlər mövcud ola bilər. Misal üçün, dildən asılı olan simvollar və 
xidmətlər müəyyən şəbəkələr tərəfindən  təmin edilməyə bilər.
Sizin xidmət provayderiniz  tələb edə bilər ki, Sizin cihazınızda quraşdırılmış 
müəyyən funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu 
funksiyalar Sizin menyunuzda peyda olmayacaq. Həmçinin Sizin cihazınız 
xüsusi konfiqurasiyaya malik ola bilər. Bu konfiqurasiya menyu adlarında, 
menyu sırasında və nişanlarda dəyişiklikləri əhatə edə bilər. Daha ətraflı 
məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihaz  TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP və 
SSL) dəstəkləyir. Bu qurğunun mətn mesajları, multimedia mesajları, e-poçt, 
şəbəkədə mövcudluq xidməti, mobil Internet xidmətləri, mətn və proqramların 
yüklənməsi kimi bəzi funksiyalarının istifadə edilə bilməsi üçün onlarla 
əlaqədar texnologiyaların şəbəkə tərəfindən dəstəklənməsi tələb olunur.
S i z i n   t ə h l ü k ə s i z l i y i n i z   ü ç ü n