Nokia 6060

Page 90
background image
90
işləyə bilmir. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan 
dərəcələrdə xüsusilə məhdud olur.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar 
zədələndikdə də partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara 
müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün 
istifadə edin. Ev tullantısı kimi atmayın.
■  
Nokia batareyalarının orijinal olub 
olmamasınanın təsbit edilməsinə dair göstərişlər
Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarını istifadə edin. Aldığınız 
batareyaların orijinal Nokia batareyalar olduğunu yoxlamaq üçün onları 
səlahiyyətli Nokia dilerindən satın alın, qutusunun üstündə Nokianın orijinal 
əlavə qurğularının loqosunun olduğına diqqət edin və aşağıdakı prosedura 
uyğun olaraq holoqrafik nişanı yoxlayın:
Dörd addımın müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam 
təsdiqi deyil. Əgər batareyanızın orijinal Nokia batareyası olmadığına dair hər 
hansı bir şübhəniz varsa, onu istifadə etməkdən çəkinməli və kömək almaq 
üçün sizə ən yaxın olan səlahiyyətli Nokia xidmət mərkəzinə və ya dilerinə 
aparmalısınız. Səlahiyyətli Nokia xidmət şəbəkəsi və ya dileri batareyanın 
orijinallığını yoxlayacaq. Batareyanın orijinallığı təsdiq edilmədikdə onu 
aldığınız yerə qaytarın.
Holoqramlı loqotipi təsdiqləmək
1.  Holoqrafik nişana bir bucaqdan baxdıqda  
Nokia-nın birləşən əllər simvolunu, digər bucaqdan 
baxdıqda isə “Nokia Original Enhancements” yazısını 
görməlisiniz.
B a t a r e y a   h a q q ı n d a   m ə l u m a t