Nokia 6060

Page 89
background image
89
15. Batareya haqqında məlumat
■  
Doldurma və boşaltma
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Yeni batareyanın 
tam iş keyfiyyətləri batareyanın iki və ya üç tam doldurulma və boşaldılma 
dövründən sonra əldə edilir. Batareya yüzlərcə dəfə doldurulub boşaldıla 
bilər, amma axırda onun istismar müddəti sona çatacaq. Danışmaq və 
gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. 
Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və 
batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu 
telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.
Batareyanı dolduran qurğu istifadə edilmədikdə, onu elektrik rozetkadan və 
telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş 
saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak 
müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya  
enerjisini vaxt keçdikcə itirir.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş 
batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin.
Batareya kontaktlrının arasında qısa qapanmaya yol verməyin. Dəmir pul, 
sancaq və ya qələm kimi metaldan düzəldilmiş əşya batareyanın müsbət (+) 
və mənfi (-) kontaktlarını təsadüfən birləşdirərək qısa qapanmaya yol aça 
bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir). Bu, misal üçün, 
ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. 
Batareyanın kontaktlarının qısa qapanması batareyanı və kontakt yaradan 
əşyanı korlaya bilər.
Batareyanı isti və ya soyuq yerdə (məsələn, yay və qış şəraitində bağlı 
avtomobilin içində) qoymaqla siz batareyanın gücünü və istismar müddətini, 
həmçinin dola bilmə qabiliyyətini azaltmış olacaqsınız. Həmişə batareyanı 
15°C və 25°C (59°F and 77°F) arasında olan hərarət dərəcəsində saxlamağa 
çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə müvəqqəti 
B a t a r e y a   h a q q ı n d a   m ə l u m a t