Nokia 6060

Page 96
background image
96
Yalnız professional işçi heyəti cihaza texniki xidmət göstərə bilər və cihazı 
avtomobildə quraşdıra bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola 
bilər və bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə 
səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz avadanlığının düzgün 
quraşdırıldığını və işlədiyini mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, 
qazları və partlayıcı materialları cihazın, onun hissələrinin və aksesuarlarının 
daşındığı bölmədə saxlamayın və daşımayın. Hava kisəsi ilə təchiz edilmiş 
avtomobillərlərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir. Hava 
kisəsinin olduğu və ya açılacağı ərazidə əşyaları, o cümlədən quraşdırılmış 
və ya daşınan avadanlığı yerləşdirməyin. Kabelsiz avadanlıq nəqliyyət 
vasitəsində düzgün quraşdırılmadığı təqdirdə bu, hava yastığı dolduqda ciddi 
yaralanmalara yol aça bilər.
■  
Təyyarələr
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə 
minməmişdən əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi 
təyyarənin idarə edilməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini 
qıra bilər və qeyri-qanuni ola bilər.
■  
Partlama təhlükəsinin olduğu şərait
Partlaya bilən atmosferin mövcud olduğu hər hansı bir ərazidə olduğunuz 
zaman telefon cihazınızı söndürün və bütün işarət və təlimatlara riayət edin. 
Potensial partlayıcı atmosferi olan ərazı adətən avtomobilinizin mühərrikinin 
söndürülməsi tövsiyyə edilər ərazini əhatə edir. Belə ərazilərdə qığılcımlar 
partlamaya və ya yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə 
nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları yanacaq  
stansiyalarında söndürün. Yanacaq anbarları, yanacaq saxlama və 
paylaşdırma sahələrində, kimyəvi zavodlarda və ya partlama əməliyyatlarının 
aparıldığı zonalarda radio avadanlığın istifadəsilə əlaqədar qoyulan 
məhdudiyyətlərə riayət edin. Partlaya bilən atmosferin mövcud olduğu ərazilər  
çox vaxt işarətlənir, amma bunlar işarətlənməmiş də ola bilər. Bu qeydlər 
gəmilərdə aşağı göyərtədə, kimyəvi preparatları daşıyan və saxlayan 
avadanlıqda, sıyıqlaşdırılmış neft qazını (propan və butan kimi) istifadə edən 
T ə h l ü k ə s i z l i k l ə   b a ğ l ı   ə l a v ə   m ə l u m a t