Nokia 6060

Page 17
background image
17
■  
Batareyanı doldurun
Xəbərdarıq: Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalardan  
istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia 
tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş  
batareyalar, batareya dolduran qurğular və aksesuarlardan istifadə 
edin. Digər növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və 
zəmanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.
Bu cihazla istifadə etməzdən əvvəl batareyanı dolduran qurğunun model 
nömrəsini yoxlayın. Bu telefon cihazının onunla birlikdə təmin edilən ACP-7 
və ya ACP-12 tipli adapterlə istifadəsi nəzərdə tutulub.
Təsdiq edilmiş aksesuarların mövcudluğu, qiymətlər  və tariflər haqqında 
məlumat almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın. Hər hansı 
aksesuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştepseldən yapışın.
1.  Adapteri dəyişən cərəyan rozetkasına taxın.
2.  Adapterin ştekkerini telefonunun  
 
altındakı yuvaya birləşdirin. 
Doldurulma vaxtı istifadə edilən adapter 
və batareyadan asılıdır. 
Batareya tam boşaldıqda ekranda 
batareyanın doldurulması indikatorunun 
peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna 
bilər.
■  
Telefonu yandırıb-söndürmə
Xəbərdarıq: Simsiz telefonların istifadəsi qadağan edildiyi yerlərdə 
və ya bunun nəticəsində interferensiya və ya təhlükə törədilə 
bilərsə telefonu işə salmayın.
Bitirmə düyməsini bas və saxla.
Əgər telefon PIN və ya UPIN kodu tələb edirsə, kodu daxil edin  
(**** şəklində) və seçin 
OK
.
B a ş l a