Nokia 6060

Page 94
background image
94
Təhlükəsizliklə bağlı əlavə 
məlumat
Sizin cihazda və aksesuarlarda xırda hissələr ola bilər. Onları balaca uşaqların  
əli çatmadığı yerdə saxlayın.
■  
İstifadə şəraiti
Hər hansı bir ərazidə qüvvədə olan xüsusi qaydalara riayət etməyi unutmayın  
və telefonunuzun istifadə edilməsi qadağan edildiyi yerlərdə və ya interferensiya  
və ya təhlükə yarada biləcəyi hallarda həmişə söndürün. Cihazı yalnız 
normal iş vəziyyətində istifadə edin. Bu cihaz istər adi vəziyyətdə (qulağa 
tutularaq), istərsə də bədəndən ən az 2.2 cm (0.87 düym) uzaqlıqda istifadə 
edildikdə radio dalğalarının təsirinə dair qaydaların tələblərinə cavab verir. 
Telefonu bədəndə gəzdirmək üçün futlyar, çexol və ya bel tutqacı istifadə 
edildikdə onların tərkibində metal olmamalı və onlar cihazla bədənin 
arasındaki məsafənin yuxarıda göstərilən qiymətdən az olmamasını təmin 
etməlidir.
Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə  
keyfiyyətli əlaqəni tələb edir. Müəyyən hallarda  belə əlaqə təmin edilməyincə 
faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi  
bitənə qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal maddələr cihaza yapışa bilər. Kredit 
kartlarını və digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki 
onlarda olan məlumat silinə bilər.
■  
Tibbi qurğular
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi  
qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə  
bilər. Tibb cihazlarının lazımi qaydada RF enerjisindən qorunduğunu müəyyən 
T ə h l ü k ə s i z l i k l ə   b a ğ l ı   ə l a v ə   m ə l u m a t