Nokia C1-01

Page 10
background image
Giriş kodları
Təhlükəsizlik kodu cihazınızı icazəsiz istifadədən mühafizə etməkdə kömək edir.
Əvvəlcədən qurulmuş kod 12345. Siz kodu yarada və dəyişə və həmçinin cihazı kodu
tələb etdiyi üçün qura bilərsiniz. Kodu gizli və cihazınızdan ayrı olan təhlükəsiz yerdə
saxlayın. Əgər siz kodu unutmusunuzsa və cihaz kilidlənibsə, cihazın texniki xidmətə
ehtiyacı yaranacaq. Əlavə tariflər tətbiq oluna və cihazınızdakı bütün şəxsi məlumatınız
silinə bilər. Ətraflı məlumat üçün Nokia Care nöqtəsinə yaxud cihaz dilerinizlə əlaqə
saxlayın.
SIM kartla birgə verilən PIN kod kartı icazəsiz istifadədən qoruyur. Bəzi SIM kartlarla
birgə verilən PIN 2 kodu müəyyən xidmətlərə daxil olmaq üçün tələb olunur. Əgər PIN
və ya PIN2 kodunu ardıcıl olaraq üç dəfə yanlış daxil etsəniz sizdən PUK və ya PUK2
kodu tələb olunacaq. Əgər bu kodları bilmirsinizsə, xidmət təminatçınızla əlaqə
saxlayın.
SİM kartınızın təhlükəsizlik modulunda yerləşən məlumata giriş əldə etmək üçün modul
PİN tələb olunur. Rəqəmli imza üçün imzalanan PİN tələb oluna bilər. Məhdudlaşdırma
parolu zəng məhdudiyyəti xidmətindən istifadə olunan zaman tələb olunur.
Cihazınızın giriş kodlarından və təhlükəsizlik parametrlərindən necə istifadə etdiyini
qurmaq üçün 
Menyu
 > 
Parametrlər
 > 
Təhlükə/-sizlik
 seçin.
Klaviatura kilidi 
Təsadüfi düymə sıxılmalarının qarşısını almaq üçün 
Menyu
 seçin, və 3.5 saniyə
ərzində klaviaturanı kilidləmək üçün * basın.
Klaviaturanın kilidini açmaq üçün 
Kilidi aç
 seçin, və 1.5 saniyə müddətində * sıxın.
Təhlükəsizlik klaviatura kilidi aktivdirsə, tələb olunduğu zaman təhlükəsizlik kodunu
daxil edin.
Cihaz istifadə olunmadıqda müəyyən vaxtdan sonra klaviaturanın avtomatik
bağlanmasından ötrü seçim etmək üçün 
Menyu
 > 
Parametrlər
 > 
Telefon
 > 
Avtomatik
klaviatur kilidi
 > 
Yandır
 seçin.
Klaviatura kilidli olduqda zəngə cavab vermək üçün zəng düyməsini basın. Siz zəngi
bitirdikdə və ya rədd etdikdə klaviatura avtomatik bağlanır.
10
Cihazın işə salınması