Nokia C1-01

Page 32
background image
Əlavə təhlükəsizlik məlumatı
Bu cihazın səthində nikel istifadə edilməyib.
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı
yerdə saxlayın.
İş mühiti
Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5 santimetrdən (5/8
düym) bədəndən uzaq olduqda cavab verir. Üstünüzdə gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacda metal
tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı
yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın
yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək
üçün həkimlə və ya tibb cihazının istehsalçısı ilə məsləhətləşin. Təlimatlarda göstərilirsə cihazınızı söndürün. Hospitallar və
ya səhiyyə müəssisələri xarici RF enerjisinə həssas olan avadanlıqlardan istifadə edirlər.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya
implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə
cihazları olan şəxslər bunları etməlidirlər:
Həmişə simsiz cihazları tibbi cihazdan 15.3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
Cihazı döş cibində daşımayın.
Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.
Eşitmə cihazları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər.
Avtomobillər
RT siqnalları elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər
və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan elektron sistemlərə
təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.
Ancaq ixtisaslı işçilər avtomobilə cihaz quraşdırmalı və ya təmir etməlidir. Yalnış quraşdırılma və ya xidmət təhlükəli ola bilər
və sizin zəmanətinizi etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini
yoxlayın. Cihaz, onun hissələri və ya aksessuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və ya partlayıcı maddələri
saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksessuarları hava
yasrığının açıldığı hissələrə yerləşdirməyin.
Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə simsiz telecihazlardan istifadə təyyarənin işləməsi üçün təhlükəli
ola bilər və qeyri-qanuni ola bilər.
32
Məhsul və təhlükəsizlik üzrə məlumat