Nokia C1-01

Page 7
background image
1 Batareya yükləyəni divar elektrik oyuğuna qoşun.
2 Adapteri cihaza qoşun.
3 Cihaz tam yükləməni göstərdikdə adapteri cihazdan, sonra isə divar rozetkasından
ayırın.
Batareyanı müəyyən müddət ərzində yükləməyə ehtiyac yoxdur və siz cihazdan
yükləndiyi zaman istifadə edə bilərsiniz. Batareya tam boşaldıqda, yükləmə
indikatorunun ekranda peyda olunduğuna yaxud zənglərin edilməsindən əvvəl bir neçə
dəqiqə tələb oluna bilər.
Antennalar
Cihazınızda daxili və xarici antenalar ola bilər. Antena ötürdükdə və ya qəbul etdikdə
lazım olmazsa antena sahələrinə toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə
keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjidən istifadəsinə
səbəb ola bilər, bu isə batareyanın ömrünü azalda bilər.
Qulaqlıq
Xəbərdarlıq:
Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər.
Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.
Bu cihazla istifadə edilməsi Nokia tərəfindən təsdiq edilənlərdən başqa hər hansı bir
kənar cihazı və ya qulaqlığı Nokia AV konnektora qoşduqda, səs səviyyəsinə xüsusi
diqqət yetirin.
Siqnal yaradan məhsulları qoşmayın, onlar telefonunuza zərər verə bilər. Heç bir
elektrik mənbəyini Nokia AV konnektora qoşmayın.
Cihazın işə salınması
7