Nokia C1-01

Page 29
background image
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və
aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda görünməyəcək. Sizin cihazda həmçinin menyu adları, menyu
sırası və nişanlar kimi tələbə uyğunlaşdırılmış elementlər də ola bilər.
Birgə istifadə edilən yaddaş
Bu cihazın aşağıda göstərilən elementləri yaddaşı birgə istifadə edə bilər: multimedia mesajları (MMS). Bu elementlərin birinin
və ya daha çoxunun istifadəsi yaddaşdan birgə istifadə edən digər elementlər üçün yaddaş həcmini azalda bilər. Əgər sizin
cihazınız yaddaşın dolu olması barədə xəbərdarlıq edərsə, birgə yaddaşda saxlanılmış məlumatların bir neçəsini silin.
Proqram təminatının yeniləmələri haqqında 
Cihazın proqram təminatı yeniləmələri ilə cihazınız üçün yeni xüsusiyyətləri və yenilənmiş fuksiyaları əldə edə bilərsiniz.
Proqram yenilənməsi cihaz xüsusiyyətlərini də təkminləşdirə bilər.
Cihaz proqramını yeniləməmişdən əvvəl şəxsi məlumatınızın nüsxəsini yaratmağınız məsləhətdir.
Xəbərdarlıq:
Əgər Siz proqram yeniləməsini yükləsəniz, yükləmə prosesi bitənə qədər və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə
edə bilməyəcəksiniz və hətta təcili yardım zəngləri də etmək mümkün olmayacaq. Yeniləmənin yüklənməsini qəbul etməzdən
əvvəl məlumatın nüsxəsinin çıxarıldığından əmin olun.
Yeniləşdikdən sonra, istifadəçi təlimatındakı göstərişlər artıq yeni olmaya da bilər.
Aksessuarlar
Xəbərdarlıq:
Bu xüsusi model üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və aksessuarlardan istifadə edin. Digər
növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.
Əsasən, təsdiq edilməyən batareya və ya adapterin istifadəsi yanğın, partlayış, sızma və ya digər təhlükələr yarada bilər.
Təsdiq edilmiş aksessuarların mövcudluğu haqqında məlumat almaq üçün dilerinizlə əlaqə saxlayın. Hər hansı aksessuarın
güc şnurunu ayırarkən, şnurdan deyil ştepseldən tutub çəkin.
Batareya
Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya BL-5CB.
Nokia bu cihaza uyğun əlavə batareya modelləri düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur:
AC-3 . Adapter modelinin dəqiq nömrəsi ştepselin növündən asılı olaraq müxtəlif ola bilər. Ştepselin variantı aşağıdakılardan
birinə görə təyin edilir: E, X, AR, U, A, C, K və ya B.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin
vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalardan istifadə edin və
batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran
qurğuları istifadə edin.
Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza birləşdirmək,
sonra ayırmaq və batareyanın doldurulmasının başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya tam boşaldıqda
ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın.
Məhsul və təhlükəsizlik üzrə məlumat
29