Nokia C1-01

Page 28
background image
Məhsulunuzda, batareyanızda, kitabçanızda və ya qablaşdırmada qeyd olunmuş çarxlı
yeşik işarəsi bütün elektrik və elektron məhsulların, batareyaların və akkumulyatorların
yararlılıq müddətinin bitdiyi zaman ayrılmış topluya gətirilməli olduğunu sizin yadınıza
salır. Bu tələblər Avropa Birliyində mövcuddur. Bu məhsulları sortlaşdırılmamış
bələdiyyə tullantısı kimi yığmayın. Cihazınızın ətraf mühitlə bağlı əlamətləri haqqında
daha ətraflı məlumat üçün www.nokia.com/ecodeclaration saytına daxil olun.
Məhsul və təhlükəsizlik üzrə məlumat
Ümumi məlumat
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz EGSM 900 və 1800 MHz şəbəkələr-da istifadə üçün təsdiq edilmişdir. Şəbəkə
haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcinlər və bəndlər ola bilər və sizə üçüncü tərəf saytlara
daxil olmağa imkan verə bilər. Bunlar Nokianın himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır. Əgər siz belə
saytlara daxil olsanız, təhlükəsizlik və ya tərkib üçün ehtiyat tədbirlərini həyata keçirin.
Xəbərdarlıq:
Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya
təhlükə törədə biləcəyi hallarda telefonu işə salmayın.
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin
şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng siqnalları
melodiyalarının və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.
Cihazınızın yaddaşında saxladığınız bütün zəruri məlumatın ehtiyat nüsxəsini çıxarın və ya yazılı qeyd edin.
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun istifadə təlimatını oxuyun. Uyğun olmayan
məhsulları qoşmayın.
Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.
Cihazınız haqqında digər mühüm məlumatları bilmək üçün istifadəçinin təlimatlarına müraciət edin.
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Bəzi xüsusiyyətlər bütün şəbəkələrdə mövcud
deyil; digər xüsusiyyətlər onlardan istifadə etməyiniz üçün Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb
edə bilər. Şəbəkə xidmətlərinə məlumatın ötürülməsi daxildir. Ev şəbəkəsi və ya digər şəbəkələr üzərindən rouminq qiymətləri
barədə təfərrüatlar üçün xidmət provayderinizlə əlaqə saxlayın. Sizin xidmət təminatçınız hansı dəyişliklərin tətbiq olunacağını
izah edə bilər. Bəzi şəbəkələr sizin bu cihazın TCP/IP protokolları və dildən asılı olan simvollarla işləyən WAP 2.0 protokolları
(HTTP və SSL) kimi şəbəkə dəstəklənməsini tələb edən bəzi xüsusiyyətlərini necə istifadə edəcəyinizə təsir edən
məhdudiyyətlər qoya bilər.
28
Məhsul və təhlükəsizlik üzrə məlumat