Nokia C1-01

Page 4
background image
Təhlükəsizlik
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-
qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini
oxuyun.
QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN
Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun
nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, tibbi
cihazların, yanacağın, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında
telefonu söndürün.
YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə
üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi
qaydalarını düşünməlisiniz.
MÜDAXİLƏ
Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş
keyfiyyətlərinə təsir göstərə bilər.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya təmir
edə bilər.
CİHAZINIZI QURU SAXLAYIN
Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.
EŞiTMƏ QABiLiYYƏTiNiZi QORUYUN
Qulaqlığa orta səs səviyyəsində qulaq asın və dinamikdən istifadə olunarkən
cihazı qulağınıza yaxın tutmayın.
4
Təhlükəsizlik